Azərbaycanda 15 yaşlı qız özünü BİNADAN ATDI

 01:01 04.11.2021     718

Abşeron rayonunda intihar hadisəsi baş verib.

Redaktor.az hadisə Xırdalan şəhərində qeydə alınıb. 2006-cı il təvəllüdlü Nəsirova Qumru Ramiz qızı yaşadığı binadan özünü atıb.

Yaralı əvvəlcə Abşeron rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan 1 sayli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı ona qabırğalar arası və ətrafların çox saylı sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır (report).