Abşeronda qadın dəm qazından zəhərləndi

 08:23 04.11.2021     227

Abşeron rayonunda zəhərlənmə hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Qobu qəsəbəsində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Abdulova Fərqanə Dostəli qızı yaşadığı evdə dəm qazından zəhərlənib. F.Abdulovanın yaxınları təcili tibbi yardıma müraciət ediblər, xəstəyə zəruri yardım göstərilib.

Fakt araşdırılır (report).