Polis əməkdaşı qidadan zəhərləndi

 11:25 04.11.2021     168

İsmayıllı rayonunda polis əməkdaşı zəhərlənib.

Redaktor.az xəbər verir ki, Mühafizə Polisinin serjantı Elvin Abbaslı zəhərlənmə diaqnozu ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun İsmayıllı Tarix-Diyarşünaslıq muzeyində xidmətdə olarkən qidadan zəhərləndiyi bildirilir (oxu.az).