Azərbaycanda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

 09:11 06.11.2021     81

Mingəçevirdə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

Redaktor.az xəbər verir ki, hadisə gecə saatlarında Bozdağ fərdi yaşayış massivində, 16-cı döngə, ev 14 ünvanında baş verib.

1978-ci il təvəllüdlü İnqilab Qara oğlu Yusifzadə, onun arvadı, 1978-ci il təvəllüdlü Azadə Afiq qızı Yusifzadə, həmçinin ailə başçısının anası və iki övladı yaşadığı evdə dəm qazından zəhərlənib. Nənənin və uşaqların durumu ilkin tibbi yardım göstərildikdən sonra normallaşıb. Ər və huşsuz vəziyyətdə olan arvad isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır (apa).