Bakı-İstanbul təyyarəsi yeni hava limanına enməyə məcbur oldu SƏBƏB

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Buta Airways"in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen) reysini həyata keçirən hava gəmisinin kapitanı İstanbulun yeni hava limanına enməyə qərar verib.
Redaktor.az xəbər verir ki, təyyarə yerli vaxt ilə saat 10:50-də uğurlu eniş edib.
“Əgər hava şəraiti yol verərsə, təyyarə sərnişinlərin daşınması üçün İstanbulun yeni hava limanından Sabiha Gökçən hava limanına yola düşəcək”, - aviaşirkətdən bildirilib.
Xatırladaq ki, Türkiyə mediası Sabiha Gökçen aeroportunun artıq uçuşları bərpa etdiyini yazıb.