Qaxda qəza baş verdi, avtomobillər meşəlik əraziyə aşdı

 16:02 06.11.2021     180

Qax rayonunda yol qəzası baş verib.

Redaktor.az  xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, eyni istiqamətdə hərəkətdə olan "BMW-X5" və "Hyundai" markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobil yol kənarında olan meşəlik əraziyə aşıb. Zərbənin gücündən hər iki avtomobil yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və yol polis əməkdaşları cəlb olunub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır (report).