Bakı-Sumqayıt qatarı daşa basıldı - Polis 3 nəfəri saxladı

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 4-də saat 19 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarının Novxanı-Goradil dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində qatarın sonuncu vaqonunun yan şüşəsinin sındırılması barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri olan üç yeniyetmə müəyyənləşdirilərək saxlanılıb.