Şamaxıda 33 yaşlı kişini avtomobil vurdu

Şamaxı rayonununda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 1988-ci il təvəllüdlü İsgəndərov Zakir Qüdrət oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin yerdəyişən sınığı və üz-baş nahiyəsinin sıyrılmış yaraları diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.