Yanacaq tankeri partladı: 98 ölü - VİDEO

Syerra-Leonenin paytaxtı Fritaun şəhərində yanacaq tankeri avtomobillə toqquşub.
Redaktor.az verir ki, qəza zamanı böyük partlayış baş verib.
Şəhərin meri İvonn Aki-Savyerr mərkəzi morqa artıq 91 nəfərin meyitinin gətirildiyini bildirib.
Partlayış nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb.
92 nəfərin xəsarət aldığı bildirilir.