Bakıda qadını videosunu yayacağı ilə hədələyən şəxs TUTULDU

 13:19 08.11.2021     342

Bakı şəhər sakini olan qadına hədə-qorxu gələn şəxs ələ keçib.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən videosunu yayacağı ilə hədələyərək qadından 7 000 ABŞ dolları tələb edən Lənkəran rayon sakini T.İbadzadə həmin pulu alarkən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.

Vumart və Güvən reklamı Vumart Güvən