Göygöldə qadın intihar etdi

 09:33 09.11.2021     406

Göygöl rayonunda üzərində xəsarətlər aşkarlanan meyitin şəxsiyyəti məlum olub.

Redaktor.az xəbər verir ki, bu, Gəncə şəhər sakini, 1956-cı il təvəllüdlü E.Niftəliyevadır.

O, Göygöl rayonunun Topalhəsənli kəndində yaşadığı evdə qollarını kəsərək intihar edib. İntihara səbəb kimi qadının psixoloji sarsıntı keçirməsi ehtimal olunur.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır (apa).

Vumart və Güvən reklamı Vumart Güvən