Bakı sakini özünü binadan atdı

 16:59 09.11.2021     296

Bakıda intihar hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. 

Nəsirəddin Tusi küçəsindəki binalardan birində yaşayan 57 yaşlı Şəfa Həsənov özünü 8-ci mərtəbədən atıb.

Ağır xəsarətlər almış kişi hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır (oxu.az).