Qazi icra başçısından etiraz edərək özünü doğradı - YENİLƏNİB - VİDEO

 23:01 09.11.2021     478

Vətən müharibəsi iştirakçısı intihar etmək istəyib.

Redaktor.az xəbər verir ki, hadisə Rayon İcra Hakimiyyəti binasının qarşısında qeydə alınıb.

Rayon sakini, qazi Namid Hüseynov şikayətinə baxılmadığı üçün bu addımı atdığını bildirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır (apa).

***

44 günlük Vətən müharibəsi iştirakçısı olan qazi Neftçala rayon İcra Hakimiyyətindən şikayət edərək özünü doğrayıb.  

Redaktor.az "unikal.org"a istinadla xəbər verir ki, Qarabağ qazisi Namid Hüseynov özünü dövlət binasının qarşısında doğrayaraq Neftçala RİH başçısı Mirhəsən Seyidovdan narazılıq edib. 

Qazi 5 medalı olsa da ona heç bir sosial müavinətin verilməməsindən şikayət edib.