Sumqayıtda partlayış - Xəsarət alanlar var

Sumqayıtdakı müəssisələrin birində partlayış olub.
Redaktor.az xəbər verir ki, hadisə Sumqayıt Texnologiyalar Parkının törəmə şirkəti olan "STP AH" MMC-də baş verib.
Müəssisədəki metaləridən qazanda əmələ gələn qazın dalğasından partlayış yaranıb. Orada olan 3 nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı araşdırma aparılır (apa).