Güclü külək Bakıda fəsadlar törətdi - FOTO

 18:25 10.11.2021     462

Güclü külək Bakıda bir sıra fəsadlar törədib.

Redaktor.az xəbər verir ki, hadisə Yasamal rayonu, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaxınlığında qeydə alınıb.

Belə ki, güclü külək nəticəsində ağac yol kənarında dayanmış avtomobillərin üzərinə aşıb. Avtomobillərə ciddi ziyan dəyib (report).