Bakıda güclü külək 7 nəfəri xəstəxanalıq etdi

 21:09 10.11.2021     501

Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Redaktor.az xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından "apa"ya bildirilib ki, 3 kişi, 4 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.