Tovuzda azyaşlı oğlu ilə yoxa çıxan qadının əri danışdı - FOTO

 23:19 10.11.2021     502

Tovuzda itkin düşən ana və oğlu ilə bağlı ailə başçısı Elçin Quliyev bəzi məqamlara aydınlıq gətirib. 

Redaktor.az xəbər verir ki, Tovuz rayonun Aşağı Quşçu kəndində beş yaşlı oğlu Nihat Quliyev ilə yoxa çıxan Tacirə Aslanovanın həyat yoldaşı hadisə ilə bağlı "baku.ws"yə danışıb.

"Tacirə Aslanova mənim həyat yoldaşımdır, N. Quliyev də oğlumdur. Oktyabrın 30-u mən işə, anam isə yas mərasiminə gedib. Atam xəstə olduğu üçün evdə olub. Gəldim gördüm yoldaşım və oğlum yoxdur. O, gündən bir xəbər ala bilmirik. Atasına xəbər etdim, onlar dedilər ki kənddə olar. Sonra məlum oldu ki, kənddə yoxdur. Qızımı evdə qoyub, oğlumun və özünün sənədlərini götürüb gedib. Təxminən 1 ay öncə də belə bir hadisə olub", - deyə E.Quliyev bildirib.

Məlumat üçün bildirək ki, hadisə Tovuz rayonunun Aşağı Quşçu kəndində baş verib. Kənd sakini 1993-cü il təvəllüdlü Tacirə Aslanova və onun övladı, 2016-cı il təvəllüdlü Nihat Quliyev oktyabrın 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıblar.

Artıq Tacirə Aslanovanın itkin düşməsi ilə bağlı Tovuz rayon Polis Şöbəsinə məlumat verilib və hüquq mühafizə orqanı əməkdaşları ana və uşağın axtarışına başlayıb.

2