Bakıda dam örtüyü uçdu, evlər işıqsız qaldı - FOTO

 23:59 10.11.2021     788

Bakının Yasamal rayonunda külək iki mərtəbəli evin dam örtüyünü uçurub.

Redaktor.az xəbər verir ki, hadisə Mirzə Cabbar Məmmədzadə küçəsində baş verib.

Güclü külək nəticəsində Mirhəsən Həsənzadəyə məxsus iki mərtəbəli yaşayış evinin dam örtüyü uçub.

Uçan dam örtüyü qonşuya məxsus həyətə, digər hissəsi isə küçədə yerləşən elektrik dirəyi və naqillərə çırpılıb. Nəticədə küçədə yerləşən evlər elektrik enerjisindən məhrum olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb (apa).

 

Bakıda dam örtüyü uçub, evlər işıqsız qalıb - FOTO Bakıda dam örtüyü uçub, evlər işıqsız qalıb - FOTO

Vumart və Güvən reklamı Vumart Güvən