Güclü külək Milli Məclisin binasına da ziyan vurdu - VİDEO

 00:08 11.11.2021     787

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarından başlayan güclü külək bir sıra fəsadlar törədib.

Redaktor.az xəbər verir ki, Milli Məclisin binası da küləyin fəsadlarına məruz qalıb.

Belə ki, MM-nin birinci binasının yuxarı mərtəbələrində binanın üzlükləri qoparaq AzTV-nin həyətinə düşüb.

Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb (oxu.az).

Vumart və Güvən reklamı Vumart Güvən