Gəncədə dəhşətli qəza - Ölən və yaralanan var - FOTO

 17:41 11.11.2021     416

Gəncədə dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. 

Redaktor.az xəbər verir ki, hadisə zamanı “Hyundai” və “Oka” markalı avtomobillər toqquşub. 

Qəza nəticəsində “Oka” markalı maşının sürücüsü, Gədəbəy rayon sakini, 1962-ci il təvəllüdlü Rüstəmov Abdulxaliq Mamed oğlu ölüb, “Hyundai” markalı avtomobilin sürücüsü, Gəncə sakini, 2000-ci il təvəllüdlü Hacıyev Timur Daşqın oğlu isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır (oxu.az).

2222