15 yaşlı oğlan intihar etdi

Qazaxda intihar hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Kosalar kəndində qeydə alınıb.
Kənd sakini, 2006-cı il təvəllüdlü Əhmədzadə Teymur yaşadığı evin qarşısında özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.
Faktla bağlı Qazax rayonu prokurorluğunda araşdırma aparılır.