Zəfər Günü avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Samux rayon sakini Mirzə Rzayev 8 Noyabr - Zəfər Günündə qohumuna məxsus VAZ-2106 markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla avtoxuliqanlıq etdiyi, yol nəqliyyat-hadisəsi törədərək hadisə yerindən yayınması və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub.
Həmin şəxs barəsində DYPŞ-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib.
Məhkəmənin qərarı ilə M. Rzayev sürücülük hüququndan bir il müddətinə məhrum edilməklə 30 sutka inzibati qaydada həbs edilib.


