Dəmir yolu relslərini oğurlamağa cəhd göstərən şəxslər saxlanıldı

 12:10 13.11.2021     152

Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 11-də Dəmirçilər kəndi ərazisində yerləşən köhnə dəmir yolu relslərini kəsərək oğurlamağa cəhd göstərən rayon sakinləri S.Məmmədov, M.Kosayev, Q.Hadiyev və Goranboy rayon sakini M.Musayev saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, ətraflarında aparılan tədbirlərlə onların Cəfərli kəndi ərazisindən Ağstafa dəmir yolu təmiri sahəsinə məxsus 175 metr relsi oğurlamaları və 425 metr relsi oğurlamağa cəhd göstərmələri də müəyyən edilib.