Şəhid bacısı faciəvi şəkildə VƏFAT ETDİ

 14:43 13.11.2021     950

Vətən Müharibəsi şəhidinin bacısı vəfat edib. 

Redaktor.az  xəbər verir ki, Böyük Vətən Müharibəsi şəhidi Rəşad Ağayevin bacısı Tamilla Ağazadə dəm qazından zəhərlənərək ölüb.

Məlumata görə, gənc qızı xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, dəm qazından ölən qız 10-cu sinif şagirdi olub.