Sumqayıtda itkin düşən uşaq tapıldı - YENİLƏNİB

Sumqayıtda bu gün itkin düşən 13 yaşlı yeniyetmə tapılıb.
Redaktor.az xəbər verir ki, bu barədə "apa"ya itkin düşən Elcan Quliyevin atası Elmar Quliyev məlumat verib.
E. Quliyev deyib ki, Səbail Rayon Polis İdarəsindən zəng edərək oğlunun Bakıda Dənizkənarı Bulvar ərazisində aşkar olunduğu bildirilib: "Hazırda uşağı təhvil almaq üçün polis idarəsinə gedirik."
***
Sumqayıtda 13 yaşlı məktəbli itkin düşüb.
Redaktor.az xəbər verir ki, şəhərin 12-ci mikrorayon ərazisində yaşayan Elcan Quliyev repetitor yanına getmək üçün evdən çıxıb. Ancaq müəllimi zəng edərək Elcanın dərsə gəlmədiyini bildirib. Anasının dəfələrlə zəngindən sonra onun mobil telefonu 48-ci məhəllə ərazisində ağaclığın yanından tapılıb.
Evdən çıxarkən Elcanın əynində qara gödəkcə, qara şalvar, qəhvəyi çantası olub. Onu görən şəxslərdən polisə məlumat vermələri və ya (070) 422-91-94 əlaqə nömrəsinə zəng etmələri xahiş olunur.