Abşeronda 22 yaşlı gənc qızı avtomobil vurdu, vəziyyəti ağırdır

 08:58 14.11.2021     112

Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az  xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisindən keçən hissəsndə qeydə alınıb.

Avtomobil yolu keçən 1999-cu il təvəllüdlü Abızadə Tünzalə Razi qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.