Sabirabadda özünü yandıran şəxs xəstəxanada öldü

 18:06 14.11.2021     288

Sabirabadda özünü yandıran şəxs xəstəxanada ölüb.

Redaktor.az  xəbər verir ki, noyabrın 13-də Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1973-cü il təvəllüdlü Eldarov Elsər Eldar oğlu üzərinə benzin tökərək özünü yandırıb. 5 saylı Bakı şəhər Kliniki Xəstəxanasına yerləşdirilən 48 yaşlı kənd sakini həkimlərin səyinə baxmayaraq aldığı ağır yanıq xəsarətlərindən orada keçinib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır (apa).