Metroda koronavirus xəstəsi saxlanıldı - FOTO

Metronun "Əhmədli" stansiyasında aktiv koronavirus xəstəsi, 1999-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılıb.
Redaktor.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.
Onun barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.
