14 yaşlı qız intihar etdi

 23:07 14.11.2021     410

Cəlilabadda intihar hadisəsi baş verib.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, hadisə Cəlilabad şəhərinin S.Vurğun küçəsində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Şəlalə Aqşin qızı Əmirova yaşadığı evdə özünü asaraq canına qəsd edib.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Vumart və Güvən reklamı Vumart Güvən