Ağdamda minaya düşən şəxsin meyitini götürmək mümkün olmayıb

 20:58 15.11.2021     598

Minaya düşərək həlak olan Ağdam rayonu Təzəkənd kənd sakini Ağayev Zaur İsa oğlunun ölümü ilə bağlı bəzi detallar məlum olub.

Redaktor.az xəbər verir ki, Zaur Ağayev işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər edərkən minaya düşüb.

Hadisə yerinə gələn mütəxəssislər mərhumun meyitinin gecə götürülməsinin qeyri-mümkün olduğunu bildiriblər. Meyit səhər saatlarında götürüləcək. Buna səbəb ərazidə mürəkkəb mina sahəsinin mövcudluğudur (apa).

Qeyd edək ki, bundan öncə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda 1981-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlunun mal-qara otararkən minaya düşdüyü bildirilmişdi.

 

22