Bakıda qadın paltar yuyarkən dəm qazından zəhərlənib öldü

 12:35 16.11.2021     328

Bakıda 37 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

Redaktor.az xəbər verir ki, hadisə Xətai rayonu, H.Aslanov qəsəbəsində qeyd edilib.

Belə ki, Rusiya vətəndaşı, 1984-cü il təvəllüdlü Timoşevskaya Vera Valeryevna yaşadığı evdə hamam otağında paltar yuyarkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır (report).