Universitetdə yanğın oldu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində zibil qutusunda yanğın olub.
Redaktor.az xəbər verir ki, bunu ali məktəbin Mətbuat Xidmətinin rəhbəri Bəhruz Nəzərov deyib.
O bildirib ki, hadisə universitetin ikinci korpusunda baş verib: "Zibil qutusunun içindəki kağızlar yandığı üçün bir neçə dəqiqə tüstü olub və dərhal söndürülüb. Yaşanan hadisə tədris prosesinə mane olmayıb".