Xızıda naməlum kişi meyiti tapıldı - FOTO

 09:55 18.11.2021     415

Xızı rayonu Yeni Yaşma kəndi ərazisində  40-45 yaşlarında naməlum kişi meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,

aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 170 santimetr, nisbətən yumru sifət quruluşlu, seyrək saçlıdır. Aşkar olunan zaman meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Qeyd edək ki, bu şəxsi tanıyanlardan Xızı Rayon Polis Şöbəsinin  023-31-50-131 və 051-500-00-13 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.

 

2