Xaçmazda 17 yaşlı gənc itkin düşdü - FOTO

 10:21 18.11.2021     706

Xaçmaz rayon sakini, 2004-cü il təvəllüdlü Famil Əşrəfov  sentyabr  ayının 19-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat  Xidmətinin Quba regional qrupundan Redaktor.az-a verilən məlumata görə, F.Əşrəfov 172  sm boylu, arıq bədən quruluşludur.

Evdən çıxarkən onun əynində göy rəngli idman kurtkası və şalvarı, qarışıq rəngli köynək və ağ-qara rəngdə idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

22