Telman İsmayılova qarşı daha bir cinayət işi açıldı

Rusiyada Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılova qarşı daha bir cinayət işi açılıb.
Redaktor.az xəbər verir ki, yeni cinayət işi T.İsmayılovun kredit götürdüyü bankdan gələn şikayət əsasında başlanılıb.
Bildirilib ki, o, bankdan 185 milyon dollar kredit götürüb və geri qaytarmayıb. Məlumata görə, 2012-ci ilin sentyabrında T.İsmayılovun sahibi olduğu şirkətlə bank arasında kredit müqaviləsi bağlanılıb. O, müəyyən olunmuş vaxtda borcunu qaytarmayıb və tezliklə müflis elan olunub.
T.İsmayılov Rusiya Cinayət Məclləsinin 196-cı maddəsi ilə (qəsdən özünü müflis elan etmək) təqsirləndirilir. Bu maddə ilə onu 7 ilə qədər həbs cəzası və 5 milyon rubla (118 min manat) qədər cərimə gözləyir.
Xatırladaq ki, Telman İsmayılov Monteneqroda siyasi sığınacaq alıb.