Məktəblini öldürən şəxs saxlanıldı - FOTO

 23:21 18.11.2021     434

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarına Mingəçevirdə, "Yeni həyat" yaşayış massivində qətl hadisəsi törədilib.

Redaktor.az xəbər verir ki, Qasımov Əlvan Nuxa oğlu qonşusu, 16 yaşlı Kərimov Orxan Tofiq oğlunu tapançadan açdığı atəşlə qətlə yetirib.

Məlumata görə, Əlvan Qasımov yeniyetməyə beş əl atəş açıb. Güllələrdən onun baş nahiyəsinə dəyən də olub. Orxan Kərimov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qətli törədən şəxs polis tərəfindən saxlanılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Orxan Kərimov ailənin əkiz övladlarından biri idi (qafqazinfo).