Gəncədə evdə partlayış - ağır xəsarət alanlar var - FOTO

Gəncə şəhərində fərdi evdə partlayış baş verib.
Redaktor.az xəbər verir ki, hadisə şəhərin Əlişir Nəvai küçəsində qeydə alınıb.
Partlayış nəticəsində evin müəyyən hissəsi uçub, evdə olan Sahibə Verdiyeva və oğlu Əli Verdiyev xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb (report).