Goranboy sakinini maşın vurdu

 09:56 19.11.2021     571

Goranboyda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Redaktor.az xəbər verir ki, hadisə Goranboy şəhərində qeydə alınıb.  Belə ki, "VAZ 2106" markalı avtomobil  Qarasüleymanlı kənd sakini, 2005-ci il təvəllüdlü Ağakişiyev Arzu Rəşid oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 16 yaşlı piyada Goranboy Mərkəzi xəstəxanasına aparılıb. Orada ilkin tibbi yardım göstərildikdən sonra Gəncədə klinikalardan birinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır (unikal.org).