Bakıda nazirlik binası tüstülədi

 18:58 19.11.2021     389

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin binasının dam örtüyündə tüstülənmə baş verib.

Nazirlikdən Redaktor.az-a bildirilib ki, buna səbəb olaraq elektrik naqillərindəki qısaqapanma ehtimal edilir.

"Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddət ərzində tüstülənmənin qarşısı alınıb", - məlumatda qeyd olunub.