Gənc qadın vanna otağında dəm qazından zəhərləndi

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Kosalar kəndində baş verib. 1991-ci il təvəllüdlü Yusibova Gülnarə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir (apa).