Goranboy sakini minaya düşdü

Goranboy rayon sakini minaya düşüb.
Redaktor.az xəbər verir ki, rayonun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlu örüş sahəsində heyvan otaran zaman mina partlayışı baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, hazırda Rayon Polis Şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunublar.