İkinci kurs tələbəsi qəzada öldü - FOTO

 23:13 20.11.2021     437

Azərbaycanda tələbə yol qəzasında dünyasını dəyişib.

Redaktor.az "qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə Qərbi Kaspi Universiteti məlumat yayıb.

Məlumata görə, universitetin Siyasi və İctimai Elmlər Məktəbinin fəlsəfə ixtisasının II kurs tələbəsi Yasəmən Ağaşirinova bu gün avtomobil qəzası nəticəsində həyatını itirib.