Polis əməkdaşı ölumlə nəticələnən ağır qəza törətdi

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə rayonun mərkəzi hissələrindən birində qeydə alınıb. Göyçay Polis Şöbəsinin (RPŞ) Post Patrul Xidmətinin əməkdaşı, rayonun Potu kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Hüseyn Cavid oğlu xidməti avtomobillə hərəkətdə olarkən şəhər 3 saylı tam orta məktəbin qarşısında yolu keçən velosipedçi, 1992-ci il təvəllüdlü Qurbanov Fərid Bayram oğlunu vurub.
Yaralı aldığı ağır xəsarətlərdə elə hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır (report).