Lənkəranda ikimərtəbəli evdə yanğın olub

 09:55 21.11.2021     511

Lənkəran şəhərinin Boladı kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.