Toy karvanında qəza, ölən var - VİDEO

 21:22 21.11.2021     488

Bu gün Göyçay-Ucar avtomobil yolunda toy karvanında qəza baş verib

Redaktor.az xəbər verir ki, hadisə yolun Göyçayın Xəlitli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, toy karvanının iştirakçısı olan 27 yaşlı Bəhruz Qarayev idarə etdiyi VAZ-2107 ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn yük avtomobilinin qarşısına çıxıb.

Hadisə nəticəsində B.Qarayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır (qafqazinfo).