Naftalanda gənc oğlan özünü binadan atdı

 07:48 22.11.2021     587

Naftalanda gənc oğlan intihara cəhd edib.

Redaktor.az xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən beş mərtəbəli binaların birində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü E.Süleymanov özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihara cəhd edib.

Ağır xəsarət alan gənc Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb (report).