"Azərişığ"ın əməkdaşı Laçında minaya düşdü - YENİLƏNİB

 21:51 22.11.2021     514

Laçın rayonunun Güləbird kəndi ərazisində “Azərişıq” ASC-nin əməkdaşı, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlunun xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Redaktor.az-a Laçın Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Mahir Əbilovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı topuq nahiyəsindən aşağı travmatik amputasiya olunub.

Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.

***

"Azərişığ"ın əməkdaşı minaya düşərək xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə Laçın rayonunun Güləbird kəndi ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb.

Yaralının sağ ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.