Azərbaycanın vəzifəli şəxsi Türkiyədə vəfat etdi

 09:08 23.11.2021     377

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Yuxarı Şirvan Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərov vəfat edib.

Bu barədə Redaktor.az-a qurumdan məlumat verilib.

O, 62 yaşında Türkiyədə, müalicə aldığı xəstəxanada vəfat edib. Mərhum bu gün Yevlax rayonunun Aran qəsəbəsində dəfn ediləcək.

Allah rəhmət eləsin!