17 yaşlı qızı maşın vurub öldürdü

 19:29 23.11.2021     417

Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Qazaxın Yuxarı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Qaymaqlı kənd sakini, 2004-cü il təvəllüdlü Lalə Süleymanovanı TIR vurub.

O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən