Gəncədə polis qəza törətdi - ölən və yaralanan var

 09:16 24.11.2021     306

Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.

"Fiat" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini şəhər ərazisindəki mağazalardan birinə çırpıb. Qəza zamanı bir nəfər xəsarət alıb, bir nəfər xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Yaralan şəxs Emin Əliyev, həlak olan isə Renat Əliyevdir. Qeyd edək ki avtomobil Mühafizə polisinə məxsusdur, hadisə xidmət vaxtı baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb (apa).

 

Gəncədə polis avtomobili qəza törədib, bir nəfər həlak olub  Gəncədə polis avtomobili qəza törədib, bir nəfər həlak olub  Gəncədə polis avtomobili qəza törədib, bir nəfər həlak olub